Bakıdakı "Art Villa" qalereyasında ilk dəfə fotoillüstrasiya üslubunda portretlər sərgisi açılıb. Müəllifi gənc qrafik dizayner Rəsul Həsənov olan "Düha" adlı portretlər sərgisi "Arts Council Azerbaijan" ("Azərbaycan İncəsənət Konsulluğu") qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil edilib.
Layihədə portretlərlə yanaşı, obrazlı rəsm əsərləri də nümayiş olunub. Müəllifin fotorealistik üslubda hazırladığı 20 rəsm portretində görkəmli ədəbiyyat və incəsənət xadimlərinin obrazları canlandırılır və tədricən unudulmuş keçmiş yenidən bərpa edilir. İncəsənət nümayəndələrinin və xarici qonaqların da qatıldığı sərgi böyük maraqla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar