İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının (“Azİz”) baş direktoru Lev Spivakın rəhbərlik etdiyi nümayəndə heyəti gələn həftə Azərbaycana gələcək.
Assosiasiyadan bildiriblər ki, nümayəndə heyətinə Afula, Akko şəhərləri bələdiyyələrinin nümayəndələri, Absorbsiya Nazirliyinin Akkodakı Qafqaz icması ilə iş üzrə layihəsinin rəhbəri, Tirat-Karmel şəhərinin meri, İsrailin mədəniyyət xadimləri və jurnalistlər daxildir.
Nümayəndə heyəti Bakının görməli yerləri ilə tanış olacaq, Mingəçevir, Gəncə, Şəki şəhərlərinə səfər edəcək. Mingəçevir və İsrailin Afula şəhərləri arasında qardaşlaşma haqqında müqavilənin imzalanması nəzərdə tutulur.
Səfərin sonuncu günü İsrailin Peşəkar Rəssamlar İttifaqından Azərbaycanın Dövlət Rəsm Qalereyasına şəkil kolleksiyası hədiyyə edilməsi münasibətilə tədbir keçiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar