Vaşinqtonda 5-ci Beynəlxalq Uşaq Festivalı keçirilib. Ağ evin cənubunda yerləşən Prezident parkının Ellips ərazisində dörd gün davam edən festivalda ölkəmizi Milli Təhlükəsizlik Nazirliyi Mədəniyyət mərkəzinin “Rəngarəng duyğular” rəsm studiyasının üzvləri təmsil ediblər. Gənc rəssamların əl işlərində ölkəmizin mədəniyyəti, qədim tarixi, adət-ənənələri əks olunub. Studiyanın bədii rəhbəri, Beynəlxalq Uşaq Yaradıcılıq Fondu rəyasət heyətinin və Beynəlxalq Qadın Rəssamlar Assosiasiyasının üzvü Nərminə Vəliyevanın rəhbərliyi ilə çıxış edən təmsilçilərimiz festival çərçivəsində “Xalqlar dostluğu” və “Qobustan” kolleksiyalarını təqdim ediblər. Bundan başqa, onlar festival günlərində dörd yeni rəsm işləyib hazırlayıblar.
Festivalın son günündə keçirilmiş təntənəli qala gecəsində Azərbaycanı təmsil edən və qalib gələn gənc rəssamlar İbrahim Rzayevə, Leyla Qurbanovaya, Aydan Əmirzadəyə, Rüfət Əsədliyə, Leyla Babayevaya və Cavid Məmmədliyə diplomlar təqdim olunub. Uşaqların inkişafına verdiyi töhfəyə və festivalda iştiraka görə “Rəngarəng duyğular” rəsm studiyası diplomla təltif olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar