Xalq rəssamı Cəmil Müfidzadənin “Dünyanın 4/5-ü” adlı kitabı işıq üzü görüb. Kitab rəssamın daha bir sənət bacarığını üzə çıxarır. O, ömrü boyu çəkdiyi fotoların bir hissəsini burada toplayıb.
Kitabda rəssamın 40-dan artıq ölkənin 100-dən çox şəhərinə səfərlərini əks etdirən 608 foto yer alıb. Bununla yanaşı, nəşrdə yurdumuzun Bakı, Ordubad, Naxçıvan, Gəncə, Şəki, Şamaxı, Quba və başqa şəhərlərində çəkilən fotolar da verilib. Rəssam gəzdiyi şəhərlərin ən görməli, qədim yerlərini, insanlarını, mədəniyyətini fotokameranın yaddaşına köçürüb, özü də bir çox fotoların qəhrəmanı olub.
Kitab haqqında rəssam bunları bildirib:
- Səfər etmək, yeni ölkələri, xalqları, onların yaşayışını, təbiətini, adətlərini görmək çox maraqlıdır. Bütün səfərlərimdən yaradıcılığıma işıq düşüb, yeni əsərlər yaranıb: “Neft daşları”, “Abşeron nefti”, “Buhenvald”, “Şimal” (Yakutsk-Tiksi, Ust-Olenyok, Rusiya-Arxangelsk-Naryan Mar), “Xınalıq”, “Yaponiya”, “Monqolustan torpağında”, “Misir təəssüratları”, “Venesiya” silsiləsi...
Xoşbəxtəm ki, dünyanın insan yaşayan beş qitəsindən dördündə olmuşam. Hələ ki, Avstraliyanı görə bilməmişəm.
Dərs dediyim Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının həyatını əks etdirən 3000-ə qədər fotom var. Onların çoxu tarixi kadrlardır. Çox heyfsilənirəm ki, gəncliyimdə sıx ünsiyyətdə olduğum, böyük hörmət bəslədiyim, unudulmaz insanlar - Səttar Bəhlulzadənin, Ələkbər Rzaquliyevin, Mikayıl Abdullayevin, Rasim Babayevin, Toğrul Nərimanbəyovun fotolarını çəkməmişəm.

S.Soltanlı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar