İyulun 22-də YARAT Müasir İncəsənət Mərkəzinin videosalonunda gənc rəssam Nəzrin Məmmədovanın “OUROBORUM” layihəsi təqdim olunacaq. Layihə YARAT-ın “Səmadan bir damla” Bakıda keçirilən 3-cü pablik-art festivalı çərçivəsində reallaşdırılır.
YARAT Müasir İncəsənət Mərkəzindən bildirilib ki, “OUROBORUM” həm onlayn video oyunu - iOS əməliyyat sistemi üçün hazırlanmış proqram, həm kinetik enerjiyə malik “heykəl”, həm də klassik “ilan” ("snake") oyununun yeni formada təzahürüdür.
Oyunun adı qədim yunan əsatirlərindəki öz quyruğunu dişləyən ilan və ya əjdaha Oroborosa işarə vurur. İlan obrazı, ümumiyyətlə, dövrə vuran nəhayətsiz həyat, təkrarlanan yeniləşmə rəmzidir.
Oyun Bakıda həyata keçirilən möhtəşəm tikinti və sürətli yeni özünüdərk proseslərinə zəkalı şərh təqdim edir. Estetik baxımdan “OUROBORUM” İslam həndəsi naxışlarını Azərbaycanın həm ənənəvi, həm də müasir memarlıq və mədəniyyət cizgilərində - xalçaçılıq, parçalar və zərgərlik nümunələrində tapır. Görüntü ənənəvi Azərbaycan musiqi alətlərindən qaynaqlanan süni səslərlə müşayiət olunur. Bu oyunun məqsədi ondan ibarətdir ki, oyunçu istədiyi kimi ilanı (elementi) idarə edərək, onun hərəkətini nəzarəti altında saxlayaraq həndəsi fiqurlar toplasın və beləliklə, yeni obyektlər quraşdırsın.
“OUROBORUM” proqramını “App store” (iTunes) serverindən istənilən iOS platformalı cihaza pulsuz yükləmək olar.
Rəssamlar kollektivinə Nəzrin Məmmədova, Anton Filatov, Ernest Yakovlev daxildir.
Nəzrin Məmmədova 1989-cu ildə Kutaisi şəhərində (Gürcüstan) anadan olub. 2012-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin, habelə YARAT-ın idarə heyətinin fəal üzvüdür. Moskva, Amsterdam, Şarja və s. şəhərlərdə sərgilərdə iştirak edib.
2014-cü ildə Delfina Fondunun art-rezident proqramı üzrə Londonda ezamiyyətdə olub. Hazırda Bakıda yaşayıb-yaradır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar