Avqustun 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda bərpaçı rəssam, Əməkdar mədəniyyət işçisi, pedaqoq Gülşən Hacıyevanın fərdi sərgisi açılacaq.
Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq sərgidə rəssamın 150-dək əsəri nümayiş olunacaq. Həmçinin rəngkarlıq, qrafika, tətbiqi sənət və heykəltəraşlıq sənətinə aid müxtəlif mövzulu portretlər də təqdim ediləcək. Fırça ustasının əsərlərində müxtəlif fəlsəfi yanaşma, emosional hisslərin rənglərlə ifadəsi öz əksini tapıb.
Qeyd edək ki, sərgi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında baş müəllim kimi fəaliyyət göstərən Gülşən Hacıyevanın 65 illik yubileyi çərçivəsində keçirilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar