Noyabrın 5-dən 10-dək Muzey Mərkəzinin sərgi qalereyasında “Fusion doll” III Bakı Beynəlxalq Kukla Biennalesi keçiriləcək. Biennalenin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, “Kukla” art qalereyası və Muzey Mərkəzidir.
Layihənin əsası 2011-ci ildə qoyulub, ilk sərgi həmin ilin noyabrında, ikinci sərgi 2013-cü ilin noyabrında keçirilib. 2013-cü ilin aprelində Cənubi Qafqaz regionunda ilk dəfə Bakıda “Kukla” art qalereyası fəaliyyətə başlayıb.
Biennalenin açılış mərasimi 5 noyabrda saat 18:30-da keçiriləcək. Həmin gün sərgiyə giriş dəvətnamə ilə, 6-10 noyabr tarixində bilet ilə olacaq. Biletləri Muzey Mərkəzindən əldə edə bilərsiniz. Qiyməti: 6 yaşına qədər - pulsuz; 6-16 yaş - 2 AZN; böyüklər üçün - 4 AZN. Ekspozisiyada foto-çəkilişə icazə veriləcək.
Biennalenin məqsədi dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənətində ənənələrə malik ölkəmizlə uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.
"Fusion doll" III Bakı Beynəlxalq Kukla Biennalesində 7 ölkənin - Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Estoniya və Yaponiyanın kukla ustaları iştirak edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar