Noyabrın 3-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssam Ülkər Zeynalovanın fərdi sərgisi açılıb. Rəssamlar İttifaqının təşkilatçılığı ilə keçirilən “Ülkərin könül dünyası” adlı sərgi gənc fırça ustasının tamaşaçılarla ikinci görüşüdür.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov Ü.Zeynalovanın humanizm və insani hisslərin təsvirindən yaranan əl işlərinin mükəmməlliyindən söz açıb. Digər çıxış edənlər gənc rəssamın əsərləri haqqında fikirlərini bölüşərək təqdim olunan rəsmlərdə gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlığın ifadə olunduğunu diqqətə çatdırıblar.
Tədbirdə həmçinin Ü.Zeynalovanın bu yaxınlarda çapdan çıxmış “Mənin fırçam sehrlidir” adlı şeirlər kitabı da iştirakçılara təqdim olunub. Rəssamın anası Mina Zeynalova sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə 200-dək əsər nümayiş olunur.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar