Noyabrın 5-dən 10-dək Muzey Mərkəzinin sərgi qalereyasında “Fusion doll” III Bakı Beynəlxalq Kukla Biennalesi keçiriləcək. Biennalenin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, “Kukla” art qalereyası və Muzey Mərkəzidir.
Açılış mərasimi 5 noyabrda saat 18:30-da keçiriləcək. Həmin gün sərgiyə giriş dəvətnamə ilə, 6-10 noyabr tarixində bilet ilə olacaq.
Tədbirin məqsədi dünyanın müvafiq sahə üzrə nüfuzlu qalereya, muzey və təşkilatlarını etnoqrafik və folklor kukla sənətində ənənələrə malik ölkəmizlə uzunmüddətli əməkdaşlığa cəlb etmək, müəllif kuklaları sənətinin inkişafına dəstək vermək, gənc kukla ustaları üçün stimul yaratmaqdan ibarətdir.
"Fusion doll" III Bakı Beynəlxalq Kukla Biennalesində 7 ölkənin - Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan, Belarus, Estoniya və Yaponiyanın kukla ustaları iştirak edəcək.
Qeyd edək ki, bu layihənin əsası 2011-ci ildə qoyulub, ilk sərgi həmin ilin noyabrında, ikinci sərgi 2013-cü ilin noyabrında keçirilib. 2013-cü ilin aprelində Cənubi Qafqaz regionunda ilk dəfə Bakıda “Kukla” art qalereyası fəaliyyətə başlayıb və paytaxt sakinlərinin, şəhərimizin qonaqlarının həvəslə gəldikləri bir məkana çevrilib.
Biennalenin adındakı “Fusion” sözü bir neçə mənaya malikdir. Biri caz termini kimi Şərq və Qərb musiqilərinin birləşməsi mənasını verir ki, onun da ifası zamanı həm qədim, həm də müasir alətlərdən istifadə olunur. Bu sözün başqa bir mənası memarlıqda eklektikaya tətbiq olunur. Beləliklə, Bakının möhkəm caz ənənələrini və memarlığının eklektikasını özündə birləşdirərək “Fusion” termini kukla incəsənətinin müxtəlif fərqli növlərinin nümayiş olunması üçün çox mükəmməl şəkildə uyğun gəlir.
Biennaledə ölkəmizi “Kukla” art qalereyası təmsil edəcək. Məşhur kukla rəssamları Pərviz Hüseynov və İrina Qundorina öz əsərlərini təqdim edəcəklər. Geniş diapazonda kiçik heykəllərin istedadlı müəllifi Tamilla Qurbanova məhz “Fusion doll” üçün qadın mövzusunda kuklalar hazırlayıb. Eləcə də “DA ART” təsviri incəsənət mərkəzinin müəllimi Anarə Salmanova və mərkəzin məzunları Zinaida Həsənova, Nübar Şahbazova və Alla Liçnorovskayanın da əsərləri nümayiş olunacaq. Gənc və perspektivli kukla rəssamı Fərəh Əliyeva, Azərbaycan Dövlət Rus Dram Teatrının bədii tərtibat rəhbəri Olqa Abbasova da öz işlərini ilk dəfə nümayiş etdirəcək.
“Dünya Kuklaları” Fondunun (Rusiya) ekspozisiyası biennaleyə “Pandora Platinum - 2015” adı ilə çıxarılacaq. Fond hər dəfə Bakıdakı kukla sərgilərinə qabaqcıl rus müəlliflərinin əsərlərini gətirir. Bu dəfə tamaşaçılar Aleksandra Kukinova, İma Naroditskaya və Anastasiya Yanovskayanın işlərini görəcəklər. Ukraynanı Tamara Pivnyuk və Olqa Venjeqin, Estoniyanı Svetlana Vetrova təmsil edəcək. Gürcüstandan Ketevan Dzidziquri və Nana Kaulaşvili, Yaponiyadan Mari Şimizu, Belarusdan Qalina Dmitruk əl işlərini tamaşaçıların mühakiməsinə təqdim edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar