Rəssam Eldar Babazadə fərdi sərgisini təqdim edib

Noyabrın 4-də "Abşeron" qalereyasında rəssam Eldar Babazadənin "Sehrli yuxular" adlı fərdi sərgisi açılıb. Sərgi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Azərbaycan İncəsənət Konsulluğunun ("Arts Council Azerbaijan") təşkilatçılığı ilə reallaşıb.
"Arts Council Azerbaijan" təşkilatının rəhbəri Dadaş Məmmədov bildirib ki, iki ilə ərsəyə gələn əsərlərin əsas konsepsiyası İçərişəhərdir. Eldar Babazadənin parlaq, dolğun rənglərlə seçilən əsərləri istedadlı rəssamın daim yaradıcılıq axtarışında olduğunu göstərir. Fırça ustası sübut edir ki, emosiyasız və həyəcansız tablolar yaratmaq mümkün deyil, bu əsərlərə bütün duyğuları köçürmək lazımdır.
Qeyd edilib ki, Eldar Babazadə rəssamlar ailəsində dünyaya göz açıb. O, rəssamlıq məktəbində və Azərbaycan Dövlət Pedaqoji Universitetinin bədii qrafika fakültəsində təhsil alıb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Tabloları Türkiyə, İran, Almaniya, İsveç, Gürcüstan və Qırğızıstanda nümayiş etdirilib. Rəssam əsərlərində təsəvvüründə canlandırdığı dünyanı əks etdirdiyini söyləyib. O, sərginin təşkilatçılarına minnətdarlıq edib.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Təqdim olunan əl işlərində obrazların faktura və energetikası ustalıqla təcəssüm etdirilib. Müxtəlif mövzularda 50-dən çox rəsmin nümayiş olunduğu sərgi noyabrın 30-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar