Noyabrın 10-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində akademiyanın müəllimi Sabir Hüseynovun “Tarixin etüdləri” adlı rəsm sərgisi açılıb.
Sərgidə rəssamın “İrəvan şəhərinin görünüşü”, “Anamın portreti”, “Neftçilər”, “Abşeron”, “Xocalı faciəsi”, “Uluxanlı” və s. əsərləri nümayiş olunub. Nümayiş olunan əsərlər sırasında mənzərə, natürmort, kompozisiya, portret janrları yer alıb.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Sabir Hüseynovun 1994-cü ildə Yunanıstanda, 1996-cı ildə Rusiyada və Almaniyada fərdi sərgiləri açılıb. O, Türkiyənin İstanbul və İzmir şəhərlərində keçirilən sərgilərdə iştirak edib. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssamın əsərləri bir sıra ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar