Noyabrın 5-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində tekstil dizayneri Leyla Xasıyevanın əsərlərindən ibarət sərgi açılıb. Tədbirdə Vyanada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, avstriyalı incəsənət həvəskarları və soydaşlarımız iştirak ediblər.
Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova dekorativ əl işlərindən ibarət qeyri-adi sərginin mərkəzdə ilk dəfə keçirildiyini bildirib. Qeyd edib ki, qurama tikmə sənəti zaman keçdikcə tətbiqi incəsənətin ən maraqlı növlərindən birinə çevrilib. Tekstil dizayneri Leyla Xasıyevanın əsərlərində Azərbaycanda qədim dövrlərdən mövcud olan qurama tikmə sənətinin müasir dekorativ ornament və elementlərlə uğurlu sintezini müşahidə etmək mümkündür.
Leyla Xasıyeva tekstil dizaynı və yaratdığı əsərlər barədə qonaqlara məlumat verib, sərginin Vyanada keçirilməsinin onun üçün böyük əhəmiyyət daşıdığını bildirib. Uşaq yaşlarından ona bəlli olan qurama sənətini Vyanada dekorativ əl sənəti kurslarında təkmilləşdirdiyini qeyd edən L.Xasıyeva “Qızıl bayram” əsərinin bu şəhərdə keçirilmiş müsabiqədə mükafata layiq görüldüyünü xatırladıb.
Tədbirdə Vyanada yaşayan gənc musiqiçilər Jalə Rəsulova (fortepiano) və Fərid Feyzullayev (skripka) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə çıxış ediblər.
Sərgi noyabrın sonunadək sənətsevərlər üçün açıq olacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar