Müasir İncəsənət Muzeyində gürcü rəssamı Mamuka Tsetsxladzenin “Postcard” adlı fərdi sərgisi açılıb.
Rəssam bildirib ki, bu onun Bakıda beşinci sərgisidir. Onlardan üçü birgə, ikisi isə fərdi sərgidir. O, Azərbaycan paytaxtında hələ 40 il əvvəl, 15 yaşında olduğunu və İçərişəhərə vurulduğunu diqqətə çatdırıb.
Tanınmış rəssam Altay Sadıqzadə Mamuka Tsetsxladzenin əsərlərinin bakılı sənətsevərlərdə maraq doğuracağına əmin olduğunu bildirib.
Mamuka Tsetsxladze 1960-cı ildə Tiflisdə anadan olub. Gürcüstan Rəssamlıq Akademiyasını bitirib. Onun əsərləri məşhur muzeylərin kolleksiyalarında saxlanılır, Almaniya, Macarıstan, Fransa, İtaliya və digər ölkələrdə sərgiləri keçirilib. Ən sevilən “Şəhərlər” silsiləsinə rəssamın 50 əsəri daxildir.
“Postcard” - şəhərlərin, küçələrin, evlərin, parkların, fəvvarələrin, küçələrdə gəzən insanların, tramvayların, avtobusların, qatarların və s. müxtəlif rakurslardan görünüşü, zamanın özünün hərəkəti və ya səssizliyidir.
Gürcü rəssamı Xəzər dənizini, Abşeron qumsallığını, Bakını, küləyi məharətlə təsvir edir. Bu əsərlər deyir ki, səyahət xoşbəxtlikdir. Mamuka Tsetsxladzenin Müasir İncəsənət Muzeyində fərdi sərgisi dekabrın 5-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar