Noyabrın 13-də Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə Gürcüstan Rəssamlıq Akademiyasının rektoru, akademik Qiya Ququşvili və professor Ketevan Matabelinin fərdi yaradıcılıq sərgisinin açılışı keçirildi.

Muzeydə keçirilən mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva son illər Azərbaycan və Gürcüstan arasında mədəni əlaqələrin dinamik inkişaf etdiyini bildirdi. Qeyd olundu ki, ötən dövrdə bu münasibətləri genişləndirmək məqsədilə çoxsaylı tədbirlər həyata keçirilib.
Sevda Məmmədəliyeva qarşılıqlı olaraq müxtəlif sərgilərin təşkilinin, digər mədəni tədbirlərin keçirilməsinin artıq ənənə halını aldığını diqqətə çatdırdı. Azərbaycan-Gürcüstan mədəni əlaqələrinə daha bir töhfə olaraq Gürcüstan Rəssamlıq Akademiyasının rektoru, akademik Qiya Ququşvili və professor Ketevan Matabelinin Bakıda sərgisinin açılması yüksək qiymətləndirildi.
Nazir müavini onu da diqqətə çatdırdı ki, akademik Qiya Ququşvili, Gürcüstan Milli Muzeyinin direktoru David Lordkipanidze və Gürcüstan MEA-nın müxbir üzvü, professor Valeri Asatiani Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “Fəxri doktoru” adına layiq görülüblər.
Ölkəmizin Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Azərbaycan-Gürcüstan mədəni əlaqələrindən, xalqlarımız arasında dostluq münasibətlərindən söz açdılar. Fərhad Xəlilov gürcü fırça ustalarına Azərbaycan Rəssamlar İttifaqının üzvlük vəsiqələrini təqdim etdi.
Sonra qonaqlara Dövlət Rəssamlıq Akademiyasının “Fəxri doktor” diplomları və xatirə hədiyyələri təqdim olundu.

Professor Valeri Asatiani tədbirin iki xalqın dostluğuna həsr edilən möhtəşəm gün olduğunu vurğuladı, Azərbaycanla bağlı xatirələrini bölüşdü, ölkəmizin incəsənət və mədəniyyətinə heyranlığını dilə gətirdi.
Mərasimdə uşaq xorunun ifasında iki ölkənin məşhur musiqiləri səsləndirildi.
Sonra iştirakçılar gürcü rəssamların sərgisi ilə tanış oldular.
Qiya Ququşvili 1952-ci ildə anadan olub. 1977-ci ildə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. Əsərləri Gürcüstan, ABŞ, Almaniya, Fransa, İspaniya, Rusiya və s. ölkələrin muzeylərinin fondlarında, eyni zamanda şəxsi kolleksiyalarda qorunub saxlanılır. Rəssamın 26 fərdi sərgisi keçirilib. O, bir çox beynəlxalq mükafatlarla təltif edilib və Yaponiyanın Osaka şəhərində keçirilmiş beynəlxalq sərgidə qızıl medala layiq görülüb. Tbilisi Rəssamlıq Akademiyasının rektoru kimi gənc istedadların yetişməsində mühüm xidmətlər göstərib. İncəsənət sahəsində xidmətlərinə görə ölkəsinin Dövlət mükafatına layiq görülüb.
Ketevan Matabeli 1978-ci ildə Tbilisi Rəssamlıq Akademiyasını bitirib. Rəngkarlıq, kitab qrafikası və teatr tərtibatı sahəsində müvəffəqiyyət qazanıb. Onun yaradıcılığında gürcü və Şərq miniatür ənənələri üslubunda əsərlər önəmli yer tutur. Rəssam Şota Rustaveli adına Dövlət mükafatına və “Gürcü ruhu” mükafatına layiq görülüb.
Sərgidə iki rəssamın ümumilikdə 45 əsəri nümayiş olunur.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar