Noyabrın 17-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Çiçəklər” uşaq rəsmləri sərgisinin açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və muzeyin birgə təşkilatçılığı ilə reallaşan sərgidə Dövlət Uşaq Filarmoniyası və Hövsan Mədəniyyət evinin rəsm dərnəyinin üzvləri olan 16 gənc rəssamın 67 əl işi nümayiş etdirilir.
Açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı ölkəmizdə istedadlı uşaqlara, gənclərə göstərilən diqqət və qayğıdan danışıb, sərginin əhəmiyyətini vurğulayıb.
Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov və digər çıxış edənlər də sərgi ilə bağlı fikirlərini bildirib, gənc rəssamlara uğurlar arzulayıblar.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar