Oktyabrın 18-də Moskvada Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan multikulturalizm ölkəsidir” adlı fotosərgi açılacaq. Sərgi Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti Təşkilatı və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) təşkilatçılığı ilə baş tutacaq. Fotosərginin təşkilinə, həmçinin Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Bakı Media Mərkəzi və ArtFaktor dəstək verir.
Sərgidə Azərbaycanda fəaliyyət göstərən fotoqraflarla yanaşı, AZƏRTAC-ın fotoları da nümayiş olunacaq. Həmçinin Bakı Media Mərkəzinin “Bir günəş altında” filmi göstəriləcək.