Tələbə gənclərin Müstəqillik Gününə sənət töhfəsi

Oktyabrın 14-də İstiqlal Muzeyində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət fakültəsi ilə birgə dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunmuş “Gəncliyin seçimi - müstəqillik” adlı sərgi açıldı.

Muzeyin direktoru Fəridə Şəms bildirdi ki, Azərbaycan xalqı XX əsrdə iki dəfə öz müstəqilliyini elan edib. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü 23 ay olub. 18 oktyabr 1991-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının tarixi əhəmiyyətini qeyd edən direktor diqqətə çatdırdı ki, bu mühüm sənədlə ölkəmizin tarixində yeni dövr başlanıb.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) prorektoru, Xalq rəssamı, professor Fuad Salayev qeyd etdi ki, xalqımız uzun illər müstəqillik həsrəti ilə yaşayıb. İndi müstəqil və xoşbəxt bir xalq kimi həmin günü bayram edirik. Bildirildi ki, sərgidə Rəssamlıq Akademiyası Dekorativ-tətbiqi sənət fakültəsinin 70-ə yaxın tələbəsinin əsərləri nümayiş olunur.
Sənətşünas, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev bildirdi ki, Müstəqillik Günü qeyd etdiyimiz tarixi bayramların ən sevimlisidir: “Azərbaycan xalqı 25 ildir müstəqillik işığında yaşayır. Rəssamlıq Akademiyası tələbələrinin bugünkü sərgisi də bu sevgidən irəli gəlib. Hamınızın bayramını təbrik edirəm”.
ADRA-nın Dekorativ-tətbiqi sənət fakültəsinin dekanı, dosent İmran Kərimov tədbir iştirakçılarını Müstəqillik günü münasibətilə təbrik etdi, gənclərə yaradıcılıq uğurları arzuladı.
Sonra “Təhsil alan gənclərin bədii yaradıcılıq evi”nin rəqs truppasının çıxışı oldu.
İstiqlal Muzeyi tərəfindən sərgidə əl işləri nümayiş olunan tələbələrə dövlət müstəqilliyinin 25 illiyinə həsr olunan “Gəncliyin seçimi - müstəqillik” adlı diplomlar verildi.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar