Beynəlxalq mədəni irsin və turizm imkanlarının təqdimatı ilə məşğul olan, ingilis və ispan dillərində yayımlanan “DINKtravelers” internet portalında “Bakının İçərişəhərində Qız qalası” sərlövhəli məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən bildiriblər ki, məqalədə möhtəşəm qala divarları ilə əhatə olunmuş İçərişəhərin UNESCO tərəfindən Dünya irs siyahısına salındığı və Qız qalasının şəhərin rəmzi kimi tanındığı qeyd edilir.
Bildirilir ki, Xəzərin sahilində yerləşən Bakı turistləri qəbul etmək üçün əlverişli infrastruktura malikdir. Bu şəhərdə müasir küçə və binalarla yanaşı, minillik tarixə malik qədim memarlıq abidələrinə də rast gəlmək olar. Həmçinin diqqətə çatdırılır ki, tolerantlığın nümunəsi olan Azərbaycanda müsəlman Şərqində ilk dəfə demokratik respublika qurulub.
Məqalədə, həmçinin Bakıda turistlər üçün müxtəlif cəlbedici yerlərin mövcudluğu qeyd olunur. Buna misal olaraq, Bakı bulvarı, İçərişəhər və Qız qalası göstərilib. Bakıda “Formula-1” yarışının yüksək səviyyədə keçirildiyi də oxucuların diqqətinə çatdırılır.
Qız qalasına həsr edilmiş bölmədə bu qədim abidənin hazırda muzey kimi fəaliyyət göstərdiyi qeyd olunur. Yazıda turistlərə axşamlar möhtəşəm işıqlandırılması ilə göz oxşayan Bakıda gəzintiyə çıxmaq, UNESCO-nun irs siyahısında olan Şirvanşahlar sarayı və dünyada yeganə olan Miniatür Kitab Muzeyini ziyarət etmək məsləhət görülür.
Məqalənin tam mətni ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

http://www.dinktravelers.com/es/article/view?id=325







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar