Finlandiyanın Kaajani Universitetinin əməkdaşları Avropa Komissiyasının “Erasmus+” proqramı üzrə Azərbaycan Turizm və Menecment Universiteti ilə birgə həyata keçirdikləri “Mobillik layihəsi” çərçivəsində universitetdə olublar. Onlar ATMU-nun rektor səlahiyyətlərini icra edən Eldar Aslanovla görüşüb, mövcud layihə çərçivəsində görülən işlər və gələcək perspektivlər barədə müzakirə aparıblar.
Eldar Aslanov finlandiyalı qonaqlara Azərbaycanın turizm potensialı, turizmin inkişafı istiqamətində aparılan işlər və mütəxəssis hazırlığından danışaraq bu tipli layihələrdə universitetin maraqlı olduğunu bildirib.
Layihə çərçivəsində mobilliyə cəlb olunacaq professor-müəllim heyəti, eləcə də tələbələrin seçim prosesi və yerləşmə imkanları barədə ətraflı danışıqlar aparılıb və ATMU-da tədrisin keyfiyyətinin inkişafı istiqamətində hazırlanan yeni layihələrdə əməkdaşlıq imkanlarına toxunulub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar