ATMU-nun əməkdaşı “Payız məktəbi” təliminə qatılıb

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) və ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi tərəfindən Azərbaycanda ətraf mühitin mühafizəsini nəzərdə tutan II Payız məktəbi təşkil olunub.
“Ekosistem xidmətlərinin inkişaf planına daxil edilməsi” mövzusunda keçirilən tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin Turizm və qonaqpərvərlik fakültəsinin dekan müavini Flora Ələsgərova iştirak edib.
Treninq zamanı ətraf mühit üzrə əlaqəli sahələrin - ekologiya, eko-turizm, kənd təsərrüfatı və s. dövlət qurumlarının təmsilçiləri, o cümlədən bələdiyyələrin nümayəndələri, beynəlxalq təşkilat, həmçinin elmi tədqiqat institutlarının əməkdaşları iqtisadi inkişafın ətraf mühitlə qarşılıqlı əlaqəsi və uğurlu təcrübə qazanmanın səmərəli yollarına dair bir sıra təkliflər bildiriblər.
Harvard Universitetinin metodologiyası əsasında hazırlanan təlim proqramı ekosistem xidmətlərinin “xəyali ölkə”nin inkişaf planına daxil edilməsi və Azərbaycanda müvafiq təcrübələrin tətbiqi imkanlarının hərtərəfli müzakirəsi ilə yadda qalıb. F.Ələsgərova ATMU-nun müvafiq strukturları tərəfindən hazırlanan məqsədli tədbirlər planını tədbir iştirakçıları ilə müzakirə edib.
Sonda təlimin təşkilatçıları tərəfindən iştirakçılara sertifikatlar verilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar