Ölkəmizdə işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) “Azərbaycan Görüşlər Sənayesi” layihəsi üzrə Moskvada ikinci toplantısını keçirib.
Tədbir Rusiyanın işgüzar turizm sahəsində çalışan nüfuzlu təşkilat və vasitəçilərini AKB-nin tərəfdaşları ilə bir araya gətirib. Görüşdə “Boulevard Hotel Baku”, “Fairmont Hotel Baku”, “Holiday Inn Hotel Baku”, “Hilton Hotel Baku”, “Hyatt Regency Baku”, “Jumeirah Bilgah Beach Hotel”, “Park Inn by Radisson Baku”, “Shahdag Mountain Resort”, “Caspian Event Organisers”, “Pasha Travel” və “BCD Global Travel” iştirak edib.
Rusiyanın 100-dən çox konqres, görüş və tədbirlər sahəsi təmsilçiləri ilə görüşlər keçirilib. Mətbuat konfransında ölkəmizin görüş məkanı kimi tanınması haqqında məlumatlar rusiyalı media nümayəndələrinə çatdırılıb. Tədbir iştirakçıları həmçinin milli mətbəximizin şirniyyatları, çay və şərabları, eləcə də qədim toy adət-ənənələrimizdən olan xına mərasimi və basma sənətinin incəlikləri ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar