Noyabrın 14-15-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu təhsil ocağının “Kitab səhifələri” klubu üzvlərinin təşkilatçılığı ilə bədii əsərlərin növbəti satış yarmarkası keçirilib.
Universitetdən verilən məlumata görə, yarmarkanın təşkil olunmasında əsas məqsəd tələbələr arasında mütaliə qabiliyyətini gücləndirməkdən ibarətdir. Yarmarkada Azərbaycan və xarici ölkə yazıçılarının məşhur əsərləri güzəştli qiymətlərlə təklif edilib.
“Kitab səhifələri” üzvlərinin əməkdaşlıq etdiyi “Alatoran”, “Kitab klubu”, “Parlaq imzalar”, “Qədim qala”, “Hədəf” nəşriyyatlarında çap olunan bədii ədəbiyyat nümunələri daha çox alıcı marağı qazanıb.
Kitab satış yarmarkasının vaxtaşırı keçirilməsi nəzərdə tutulur.
Fariz