Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin tövsiyəsinə əsasən, 2014-cü ildən respublikanın 9-11-ci sinif şagirdləri üçün təşkil edilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti, 6-cı mərhələsi başlayıb. Noyabrın 12-də start verilən bu mərhələdə 4 istiqamət üzrə (Gəncə-Göygöl-Şəmkir, Lənkəran-Astara-Masallı, Qəbələ-Şəki-Zaqatala və Quba-Qusar-Xaçmaz) 76 şəhər və rayondan ümumilikdə 3100 nəfər iştirak edir.
Xatırladaq ki, ötən müddət ərzində 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) təşkil olunan 5 tur-aksiyaya ümumilikdə 7 mindən çox şagird qatılıb.
Layihənin əsas məqsədi gəncləri Azərbaycanın müxtəlif bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə yaxından tanış etmək, müstəqillik illərində əldə olunan nailiyyətlərin dərindən öyrənilməsinə nail olmaq, ölkəmizin dinamik inkişafını, abadlaşan şəhər və rayonlarımızın müasir simasını göstərməkdir.
Budəfəki aksiya çərçivəsində məktəbli gənclər Gəncə, Şəmkir, Göygöl, Lənkəran, Astara, Masallı, Qəbələ, Şəki, Zaqatala, Quba, Qusar, Xaçmazda qədim tarixi, mədəniyyət abidələri ilə tanış olur, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Bayraq meydanları və muzeylərinə, gənclər mərkəzlərinə, rəsm qalereyalarına, Tarix-diyarşünaslıq muzeylərinə, istehsal və emal sənayelərinə baş çəkir, park və xiyabanları gəzir, qoruq və göllərə ekskursiya edirlər.
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının 6-cı mərhələsi noyabrın 20-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar