Azərbaycana beynəlxalq sərmayələri cəlb etməklə, ölkəmizi dünyada işgüzar görüşlər məkanı kimi tanıtmaq və turizmin bu növünü inkişaf etdirmək istiqamətində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu (AKB) sıralarına daha bir tərəfdaşı qəbul edib.
“BCD Global Travel” şirkəti AKB-nin yeni üzvü seçilib. 1999-cu ildən fəaliyyət göstərən “BCD Global Travel” Azərbaycanın aparıcı turizm agentliklərindən olub, yüksək keyfiyyətli biznes və istirahət səyahət xidmətləri göstərir.
Şirkət 2005-ci ildən həmçinin beynəlxalq “BCD Travel” şirkətinin ölkəmizdə xüsusi tərəfdaşı kimi fəaliyyət göstərir. “BCD Travel” 90-dan çox ölkədə fəaliyyət göstərir.
AKB Azərbaycan Turizm və Menecment Universiteti ilə əməkdaşlığı daha da gücləndirir. Tələbələr üçün təşkil olunan seminarlarda qurumun fəaliyyəti, məqsədləri, görülən və görüləcək işlər barədə məlumat verilir. Eyni zamanda tələbələr bu təlimlər zamanı gələcək ixtisaslarında onlara yardımçı ola biləcək təcrübə əldə etmiş olurlar.
Seminarlar zamanı tələbələr görüşlər sənayesi və işgüzar turizmin sirlərini öyrənməyə həvəs göstərirlər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar