Yuğ teatrı Gürcüstana dəvət alıb

IV Bakı Beynəlxalq Teatr Konfransı çərçivəsində xarici və yerli mütəxəssislər Yuğ Dövlət Teatrında M.Mikayılovun “Medeya. Sekvensiya 01” və baş rejissor G.Ömərin “Naməlum Axundzadə” tamaşalarına baxıblar. Hər iki tamaşa maraqla qarşılanıb.
M.Mikayılovun “Medeya. Sekvensiya 001” tamaşası Gürcüstanda teatr aləminin ən mötəbər tədbirlərindən sayılan Tbilisi Beynəlxalq Teatr Festivalının təşkilatçılarından teatrşünas, professor İrina Qoqoberidzenin və festivalın koordinatoru, teatrşünas Lela Oçuairinin xüsusi marağına səbəb olub və onlar kollektivi festivala dəvət ediblər.