“Euronews” televiziya kanalı IV Bakı Beynəlxalq Teatr Konfransı haqqında süjet yayımlayıb. Süjetdə teatr forumunun əsas müzakirə mövzusunun multikulturalizm olduğu vurğulanır.
Müəllif konfransda 150-dən çox mütəxəssisin, teatr tədqiqatçısının, rejissorun, aktyor və prodüserin iştirak etdiyini vurğulayır.
Süjetin sonunda diqqətə çatdırılır ki, bu konfrans çox faydalı oldu. Buradakı müzakirələr iştirakçılara yeni yaradıcılıq istiqamətləri verdi