Gənc Tamaşaçılar Teatrı 89-cu teatr mövsümündə sayca 4-cü beynəlxalq teatr festivalında iştirak etməyə hazırlaşır.
Teatr bu dəfə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Moldovanın paytaxtı Kişineuda kiçik həcmli tamaşaların “Moldfest” VIII Beynəlxalq teatr festival-laboratoriyasında iştirak edəcək.
Gənc Tamaşaçılar Teatrı festivalda P.Züskindin “Kontrabas” monotamaşasını təqdim edəcək. Tamaşa noyabrın 24-də Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunacaq.
Moldova, Belarus, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının iştirak edəcəyi festivalın açılış mərasimi noyabrın 21-də keçiriləcək. Festival çərçivəsində aktyor və rejissor sənətinə aid bir sıra treninqlər, ustad dərsləri və tamaşaların müzakirələrinin keçirilməsi planlaşdırılır.