Lənkəran Dövlət Dram Teatrı dekabrın 1-dən 7-dək İranın Rəşt şəhərində qastrolda olacaq. Teatrın direktoru Tofiq Heydərovun sözlərinə görə, kollektiv Bəhrəm Beyzayinin “İlan Sultan” tamaşası ilə çıxış edəcək.
İranlı rejissor Xeyrullah Təğiyənipurun quruluş verdiyi bu səhnə əsərində rolları Əməkdar artist Sucəddin Mirzəyev, aparıcı artistlərdən Əlibala Əsgərov, Aynur Əhmədova, Səyad Əliyev, Qızılgül Quliyeva, Miraslan Ağayev və başqaları ifa edir.