Gənc Tamaşaçılar Teatrında səhnə əsərinin premyerası keçiriləcək
   
   Dekabrın 3-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Leyli və Məcnun” tamaşasının premyerası keçiriləcək.
   Teatrın mətbuat xidmətindən bildirilib ki, Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması əsasında ilk dəfə olaraq dramatik janrda hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Tamaşanın musiqi tərtibatçısı Kamil İsmayılov, məsləhətçisi İlqar Fəhmi, döyüş səhnələrinin quruluşçusu İsa Əsədov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.
   Rolları əməkdar artistlər Naibə Allahverdiyeva, Leyli Vəliyeva, Nicat Kazımov, aktyorlar Rəzzaq Məmmədov, Rövşən Abbasov, Elnur Kərimov, Rəşad Səfərov, Mehriban Hüseynova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva və başqaları ifa edəcəklər.