Noyabrın 24-dən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Gürcüstanın ölkəmizdəki səfirliyinin və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə dostluq festivalı keçirilir. Məktəbin və “Harmony” gürcü folklor və klassik musiqisinin inkişafı cəmiyyətinin birgə təşəbbüsü ilə reallaşan festival ayın 27-dək davam edəcək.
Festivalın ilk günlərində seçim turları təşkil olunacaq. Seçim turlarında hər iki ölkənin musiqi məktəbi şagirdlərinin çıxışları dinləniləcək.
Noyabrın 27-də isə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında seçim turlarından keçmiş şagirdlər yekun qala-konsert proqramı ilə çıxış edəcəklər.