Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Bəşəriyyətin xilası” filmi üzərində işlər yekunlaşıb. Filmdə hadisələr 90-ci illərin əvvəlində Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın elmi-tədqiqat institutlarından birində kimyaçı alimin yeni məhlul əldə etməsindən bəhs edir. Alim bu kimyəvi məhlulun müsbət və mənfi nəticələrini araşdırır. Onun köməyi ilə insanın yaddaşının müəyyən bir hissəsini silib, neqativ işlərdə də istifadə etmək olar. Eyni zamanda, bu yolla insanları narkomaniya və alkoqolizmdən də uzaqlaşdırmaq mümkündür. Lakin nəticələr heç də gözlənildiyi kimi olmur. Hüquq-mühafizə orqanlarının peşəkar fəaliyyətinə həsr edilən ekran əsəri detektiv janrda çəkilib.
   Qeyd edək ki, 1 saat 15 dəqiqəlik filmin rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nadir Mehdiyev, bəstəkarı Aygün Səmədzadə, rəssamı Fikrət Ələkbərovdur. Ekran əsərində rolları Əbdülqəni Əliyev, Xalidə Quliyeva, Gülzar Qurbanova, Kənan Mahmudov, Zemfira Sadıqova, Atabala Səfərov, Elxan Qasımov, Əbdül Mahmudov və başqa aktyorlar ifa edirlər. Filmin təqdimatının noyabr ayında keçirilməsi nəzərdə tutulur.
   
   İ.Hacılı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar