Məşhur monotamaşanın növbəti uğuru
   
   İllərdir Gənc Tamaşaçılar Teatrının repertuarında olan və bir sıra beynəlxalq festivallarda uğurla çıxış edən “Kontrabas” tamaşası növbəti səfərdən qayıdıb.
   Əməkdar artist Şövqi Hüseynovun oynadığı tamaşa bu dəfə Moldovanın paytaxtı Kişineuda keçirilən “Moldfest.rampa.ru” VIII Beynəlxalq teatr festivalında ölkəmizi təmsil edib.
   Moldova Dövlət Dram Teatrının səhnəsində nümayiş olunan “Kontrabas” festivalda iştirak edən ən uğurlu tamaşa kimi qiymətləndirilərək diplom və mükafata layiq görülüb.
   Festivalda Azərbaycanla yanaşı, Moldova, Belarus, Rusiya, İsrail, Serbiya və digər ölkə teatrlarının yaradıcı heyətləri iştirak ediblər.