“Sevindirici haldır ki, ölkəmizin regionlarında da mədəniyyət sahəsi özünün yeni inkişaf dövrünü yaşayır”
   
   Noyabrın 30-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bərdə şəhərində Bərdə, Tərtər və Ağdam rayonlarından olan bir qrup mədəniyyət işçisinə nazirliyin "Fəxri mədəniyyət işçisi" döş nişanlarını təqdim etdi.
   Mərasimdə çıxış edən Əbülfəs Qarayev mədəniyyət işçilərinə hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğuladı: "Mədəniyyət sahəsinin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Sevindirici haldır ki, bu gün ölkəmizin regionlarında da mədəniyyət sahəsi özünün yeni inkişaf dövrünü yaşayır. Son illər ərzində bir sıra layihələr həyata keçirilir və bunun sayəsində Azərbaycan mədəniyyəti dünyada çox geniş şəkildə təbliğ olunur".
   Sonra 10 nəfər mədəniyyət işçisinə "Fəxri mədəniyyət işçisi" döş nişanları təqdim edildi. Nazir təltif olunanları bir daha təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Sonda xatirə şəkli çəkdirildi.