“Nərimanfilm” kinostudiyasının istehsalı olan “Sahə” bədii filmi (ssenari müəllifi və quruluşçu rejissoru İlqar Safat) Asia Pacific Screen Awards (APSA) festivalının müsabiqə proqramına daxil edilib. Asia Pacific Screen Awards festivalı Asiya və Sakit Okean regionunun kinoindustriyasını tam əhatə edərək geniş tamaşaçı kütləsinə bu ərazidə kino sahəsində görülən işlər haqqında məlumat verməklə yanaşı, kinobazarının genişləndirilməsi məqsədini daşıyır.
   “Sahə” bədii filmi (The Precinct) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır. Azərbaycan (Nərimanfilm) və Gürcüstan (Georgianfilm və Bagirafilms) kinematoqrafçılarının müştərək istehsalı olan film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və həmçinin “Paşa Bank”ın iştirakı ilə ərsəyə gəlib.   

  Yeganə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar