Britaniyanın “The Guardian” qəzeti kino aləminin ən nüfuzlu insanlarının adlarını açıqlayıb. Qəzet məşhur rejissor Ceyms Kameronu kinematoqrafiyanın “ən nüfuzlu şəxsi” elan edib. Rejissorun iki ən uğurlu filmi “Titanik” və “Avatar”ın kinoprokatda təxminən 4,6 milyard dollar əldə etməsi Kameronu siyahıda birinci edib. İkinci yerə digər məşhur rejissor Stiven Spilberg layiq görülüb. O, “Yadplanetlilər”, “Sıravi Rayanı xilas etməli” filmlərindəki uğurlu rejissor və “Atalarımızın bayrağı” filmindəki prodüserlik işinə görə əldə edib. Üçüncü yerin sahibi isə tanınmış aktyor Leonardo di Capriodur. Aktyorun kino aləmində qazandığı nüfuzu “Başlanğıc”, “Lənətlənmişlər adası” və “Titanik” filmlərindəki uğurlu aktyor ifası ilə izah olunub. Cazibədar aktrisa Ancelina Coli isə kino aləminin “ən nüfuzlu qadını” elan olunub. Qeyd edək ki, aktrisa bu siyahıda 19-cu yerdə qərarlaşıb.
   
   Vəfa Təyyarqızı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar