İsveçrənin ali təhsil ocağı - “Universita della Svizzera İtaliana” tərəfindən xarici tələbələr üçün 2017-ci ilin martından 2018-ci ilin dekabrınadək mədəniyyətlərarası kommunikasiya üzrə magistr proqramı təşkil olunur.
   Təhsil Nazirliyindən bildiriblər ki, kurs ərzində tələbələr immiqrantların inteqrasiyası, onlarda ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi, fərqli mədəniyyətlərə malik qrupların ehtiyaclarının dərk olunması kimi nəzəri və praktik biliklərə yiyələnəcəklər.
   Maraqlananlar mic@usi.ch elektron ünvanı və ya +41586664652 telefon nömrəsi vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.