İstanbulda azərbaycanlı dramaturq Aygün Həsənoğlunun “Adsız qadın" əsəri əsasında tamaşa hazırlanıb. Müəllifin verdiyi məlumata görə, Xocalı soyqırımının dəhşətlərini yaşamış qadının sarsıntılarını əks etdirən və müharibə qurbanları olmuş qadınlara ithaf edilmiş əsərə Elçin İmanov quruluş verib. Baş rolu Kəmalə Kamalın oynadığı tamaşa İstanbul Azərbaycan Kültür Evinin layihəsi, Türk Şurasının təşkilatçılığı, İstanbul Büyükşəhər Bələdiyyəsi Dövlət Teatrları Müdirliyinin və TürkBirDev TV-nin dəstəyi ilə ərsəyə gəlib.
Tamaşanın premyerası 17 dekabrda İstanbulun Üsküdar rayonunda Kərəm Yılmazer səhnəsində olacaq.