“Divara qarşı” və “Həyatın sahilində” filmlərinin rejissoru Fateh Akın Almaniyanın federal prezidenti Kristian Vulf tərəfindən bu ölkənin yüksək mükafatı olan “Ləyaqət” ordeni ilə təltif edilib. Berlində Prezident Sarayında təşkil edilən tədbirdə müxtəlif sahələrdə çalışan 36 adama bu orden təqdim olunub.
   Prezident K.Vulf orden alanları Almaniyanın möhtəşəm vətəndaşları adlandırıb və onlara öz işlərində uğurlar arzulayıb.
   Prezident türk əsilli almaniyalı rejissor Fateh Akının iki Almaniyanın birləşməsinin ildönümündə (3 oktyabr) həm kino, həm də ictimai sahədəki uğurlarına görə bu mükafatla təltif edildiyini diqqətə çatdırıb: “Divara qarşı” filmində Akın Almaniyadakı türk mənşəlilərin problemlərini böyük bir təbiiliklə əks etdirib. Filmlərində işlədiyi mövzuların mədəni müxtəlifliyi xarici mənşəlilərin uyğunlaşmasına böyük köməyi olub”.
   Qeyd edək ki, Fateh Akın 2004-cü ildə “Divara qarşı” filmi ilə Berlin Film Festivalında “Qızıl Ayı”, 2007-ci ildə isə “Həyatın sahilində” filmi ilə Kann Kinofestivalında “Ən yaxşı ssenari” mükafatının sahibi olub. Ən son filmi olan “Ürək mətbəxi” isə Venesiya Kino Festivalında jürinin mükafatını qazanıb.
   
   İntiqam Hacılı







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar