Dekabrın 7-də Ərəb Ölkələri Liqası nəzdində Əlyazmalar İnstitutunun direktoru Feysəl Əl-Hafyan Azərbaycan Milli Kitabxanasında olub. Direktor Kərim Tahirov qonağa kitabxana haqqında ətraflı məlumat verib, xarici ölkə kitabxanaları ilə birgə layihələrindən söhbət açıb.
Rəhbərlik etdiyi institut haqqında danışan Feysəl Əl-Hafyan Milli Kitabxananın nəşrləri ilə maraqlanıb.
Görüşdə Ərəb Ölkələri Liqası nəzdində Əlyazmalar İnstitutu ilə Azərbaycan Milli Kitabxanası arasında əlaqələrin yaranmasının zəruriliyi bildirilib, kitabxanada ərəb dilində yazan azərbaycanlı müəlliflərin əsərlərindən ibarət sərginin təşkili və beynəlxalq elmi konfransın keçirilməsi müzakirə olunub. Qonağa kitablar hədiyyə olunub.