“İmper Qrup” Prodüser Mərkəzinin istehsal etdiyi «Bir addım» qısametrajlı bədii filmi noyabrın 24-də Hindistanın paytaxtı Dehlidə nümayiş olunacaq. “Qısa film günləri” adlanan film festivalının proqramına son 2 ildə dünyanın müxtəlif ölkələrində istehsal olunan və müxtəlif beynəlxalq festivallarda mükafat almış 40 film daxil edilib. «Bir addım»ln rejissoru Fariz Əhmədov da filmi təqdim etmək üçün Hindistana dəvət olunub. Rejissor qəzetimizə açıqlamasında bildirib ki, festivalda Azərbaycanla yanaşı, ABŞ, Böyük Birtaniya, Rusiya, Fransa, İtaliya İran, Norveç və digər ölkələrin kino məhsulları nümayiş olunacaq.
   Xatırladaq ki, «Bir addım» qısametrajli bədii filmi indiyədək 20-dək beynəlxalq festivalda iştirak edib. Film Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi «Bu meydan, bu ekran-2008» müsabiqəsinin qalib kinolayihəsi kimi 2009-cu ildə «İmper Qrup» Prodüser Mərkəzində çəkilib.
   Filmin rejissorları Fariz Əhmədov və Nərgiz Bağırzadə, ssenari müəllifi Alina Abdullayeva və Nərgiz Bağırzadə, quruluşçu operatoru Tanrıverdi Tanrıverdiyev, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Rauf Əliyev, prodüserləri isə Raşad Qasımov və Fariz Əhmədovdur. Filmin bədii rəhbəri Cəmil Quliyevdir. Filmdə baş rollara Gülzar Qurbanova, Pərviz Məmədrzayev və Nərminə Kərimova çəkiliblər.
   “Bir addım” filmi Qarabağ müharibəsində gözlərini itirmiş Yusif adlı şəxsin həyatından bəhs edir.
   
   Yeganə Cansail







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar