15-16 dekabr tarixində YARAT Müasir İncəsənət Mərkəzində “Future Shorts” - “Qış mövsümü 2016” qısametrajlı film festivalı keçiriləcək. “Future Shorts” festivalı 40 ölkə və 100 şəhəri əhatə edərək il ərzində bütün dünya üzrə 1400 baxış təklif edir. Mövcud olduğu 12 il ərzində festival Yaponiyadan Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. 
   Festival bütün dünya üzrə peşəkarlar və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır. “Future Shorts” festivalının qış mövsümü toplusuna 8 film daxildir. Filmlər orijinal və rus dili alt yazıları ilə təqdim olunacaq.
   
   Lalə