Dekabrın 9-dan 14-dək Xalça Muzeyində “Azərbaycanın mədəni sərvəti” layihəsi çərçivəsində növbəti ustad dərsləri keçirilir.
Muzeydən bildirilib ki, ustad dərsləri özbək mütəxəssis Madina Kasımbayeva tərəfindən aparılır. Unudulmaqda olan tikmələrin dirçəlməsi üzrə ustad dərsləri “Azərbaycanın mədəni sərvəti” layihəsinin bir proqramıdır. Proqram UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.