Dekabrın 9-da Türkiyənin Hacettepe Universitetində I Bakı Türkoloji Qurultayının 90 illiyi münasibətilə “Türkologiyanın bu günü və gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilib.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu konfransda “I Türkoloji Qurultay - türk dünyasının birliyinin simvolu” mövzusunda məruzə ilə çıxış edib.
O, çıxışında qurultayın tarixi, məqsəd və vəzifələri, müzakirə edilən məsələlər və çağırışlar haqqında geniş bilgi verib. Konfransda professor Emine Yılmaz “1926-cı il Bakı Türkoloji Qurultayından 90 il sonra Altayistika nəzəriyyəsi”, Nadejda Özakdağ “I Bakı Türkoloji Qurultayı və Qaqauz türkcəsində əlifba və orfoqrafiya problemləri” mövzularında çıxış ediblər.
S.Qaliboğlu