Dekabrın 14-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “21 Azər” hərəkatının süqutundan sonra Bakıya mühacir etmiş Balaş Azəroğlu, Mədinə Gülgün, Söhrab Tahir, Hökümə Billuri və başqa şair və yazıçıların yubileyləri ilə əlaqədar onların şəxsi əşyalarından ibarət sərgi açılacaq.
Tədbirdə 12 dekabr 1945-ci ildə xalqımızın azadlıq mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış Güney Azərbaycan Milli Hökumətinin yaranmasının ildönümündən söhbət açılacaq.