Füzuli Dövlət Dram Teatrı Ə.Haqverdiyevin "Dağılan tifaq” tamaşasını ictimaiyyətə təqdim edib.
   Tamaşanın quruluşçu rejissoru Qaçaq Qarayev, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Sənan Sevindikzadədir. Əsas rollarda İntizar Quliyeva, Elşən Gözəlov, Əli Hüseynov, Sehran Xanlarov, Məryəm Məmmədova, Aygün Cəfərova, Vaqif Rəhimov, Vüqar Babayev və başqaları çıxış edir.