AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda İtaliyanın “Şərq” Tədqiqat Universitetinin professoru Bruno Cenitonun Midiya və Əhəməni arxeologiyasının problemlərinə həsr edilmiş təqdimatı olub. Təqdimatda tarixi Manna, Midiya və Əhəməni dövlətlərinə aid ərazilərdə aşkarlanmış arxeoloji abidələrdən, o cümlədən Həsənluda, Qodintəpə, Nuşicantəpədə, həmçinin qədim Midiyanın paytaxtı Ekbatananın qalıqlarının yerləşdiyi ehtimal edilən müasir Həmədan şəhərində aparılmış qazıntılardan, əldə olunan nəticələrdən söz açılıb.
   Professor B.Cenito Azərbaycan ərazisində, Şəmkirdə Əhəməni canişin sarayı qalıqlarının aşkarlanmasının Qərb şərqşünasları arasında ciddi maraq doğurduğunu bildirib.