Rejissor Fariz Əhmədovun “Lahıc ritmləri”sənədli filmi oktyabr ayının 22-də Almaniyada keçiriləcək 53-cü Beynəlxalq Leypsiq sənədli və animasiya filmləri festivalında nümayiş olunacaq.
Film 2008-ci ildə Bakıda keçirilən V «Start» Film Festivalında “ən yaxşı sənədli film”, 2009-cu ildə isə Latviyada keçirilən «Tourfilm-Riqa» kinofestivalında bürünc mükafata layiq görülüb. Xatırladaq ki, film 10-dan artıq ölkənin beynəlxalq kino festivalında uğurla nümayiş olunub. Filmin ssenari müəllifi - Nərgiz Bağırzadə, quruluşçu operatoru Üzeyir Abbas, prodüseri isə Nizami Abbasdır. Kino lentinə çəkilmiş, 8 dəqiqəlik etnoqrafik elementlərlə zəngin filimdə İsmayıllı rayonunun Lahıc qəsəbəsindəki insanların gündəlik həyatı təsvir edilib.
Yeganə