Dekabrın 16-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış şair və dramaturq Xanımana Əlibəylinin “Aycan” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçiriləcək.
Səhnə əsəri mövsümün ikinci uşaq tamaşasıdır.
Tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu, quruluşçu rəssamı Olqa Şabanova, bəstəkarı Rüfət Ramazanov, rejissor assistenti Anar Seyfullayevdir. Rəqslərin quruluşu Yelena Volkovaya məxsusdur. Rolları teatrın gənc və istedadlı aktyorları Asya Atakişiyeva, İradə Rəşidova, Simuzər Ağakişiyeva, Zümrüd Quliyeva, Təhminə Məmmədova, Könül Əbilova, Gülbəniz Mustafayeva, Anar Seyfullayev və başqaları ifa edəcəklər.