Bakı Uşaq Teatrı cəzaçəkmə müəssisələrində tamaşa göstərib
   
   Bakı Uşaq Teatrı 1, 2, 7, 10 və 17 saylı cəzaçəkmə müəssisələrində “Qeyri-adi məhkəmə” tamaşası ilə çıxış edib. Tamaşaya teatrın bədii rəhbəri və direktoru İntiqam Sultan quruluş verib.
   Direktor bildirib ki, səhnə əsəri interaktiv üslubda - seminar tamaşa janrında hazırlanıb. Ssenari müəllifi Arzu Soltan olan tamaşa narkomaniyadan əziyyət çəkən, həyatı məhv olan insanların mənəvi və fiziki əziyyətindən bəhs edir, bu bəşəri bəlaya qarşı həyəcan təbili çalır. Maarifləndirici əhəmiyyətə malik olan tamaşanın daha 15 cəzaçəkmə müəssisəsində nümayişi planlaşdırılır.