Dekabrın 28-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların sənət əsərlərindən ibarət sərgi açılacaq.
Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan sərgi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək. Sərgidə Azərbaycan Rəssamlar İttifaqı və Gənc Rəssamlar Birliyinin üzvü olan fırça ustaları iştirak edəcək.
Ekspozisiyada müstəqillik dövründə qazandığımız uğurlar, torpaqlarımızın azadlığı uğrunda canından keçən vətən övladlarının qəhrəmanlığının əks olunduğu rəngkarlıq, qrafika, heykəltəraşlıq və plakat sənəti janrlarında olan əsərlər yer alacaq.